Tramp gömrük rüsumlarını 50 faizədək artırdı

Tramp gömrük rüsumlarını 50 faizədək artırdı
11 Mar 2025 20:45

ABŞ Kanada məhsullarına yeni tariflər tətbiq edib.


News365.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb.


Belə ki, martın 12-dən Kanadadan gətirilən məhsullara tətbiq olunan 25 faizlik gömrük rüsumları 50 faizədək artırılır.


Tramp bu qərarın Kanada hakimiyyətinin ABŞ-yə verilən elektrik enerjisinə tariflər tətbiq etməsinə cavab olaraq verildiyini vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada