Pakistanın Bəlucistan əyalətində silahlılar içərisində 450 nəfərin olduğu sərnişin qatarına atəş açaraq, sərnişinləri və heyət üzvünü girov götürüb.
News365.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
***
Pakistanda “Bəlucistan azadlıq ordusu” ekstremist qruplaşmasının döyüşçüləri sərnişin qatarında 450 nəfəri girov götürüblər.
News365.az xəbər verir ki, bu barədə məlumatı “France Presse” agentliyinə Bəlucistan vilayətinin dəmiryolu üzrə qurumunun məmuru Məhəmməd Kaşif bildirib.
“450-dən çox sərnişin qatarda döyüşçülər tərəfindən girov götürülüb”, - deyə Kaşif qeyd edib.
Bununla belə, digər detallar açıqlanmayıb.