Suriya artıq ən çox qaçqının olduğu ölkə DEYİL

Suriya artıq ən çox qaçqının olduğu ölkə DEYİL
12 İyn 2025 17:20

Təqribən 13 ildən artıq davam edən amansız vətəndaş qarşıdurması nəticəsində 13,5 milyon insanın öz evindən didərgin düşdüyü Suriya əvvəllər dünyanın ən böyük köçkünlük böhranını təmsil edirdi. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) bildirib ki, artıq vəziyyət dəyişib.

News365.az BMT-nin məlumatına istinadla xəbər verir ki, keçən ilin dekabrında Əsəd rejiminin müxalif qüvvələr tərəfindən devrilməsi əksər suriyalıların tezliklə öz evlərinə qayıdacağı ümidləri yenidən alovlandırıb. Bu ilin may ayına olan məlumata görə, 500 min qaçqın və 1,2 milyon məcburi köçkün öz doğma ərazilərinə qayıdıb.

BMT QAK qeyd edib ki, indi Suriyanı dünyanın ən böyük köçkünlük böhranı məkanı qismində Sudan əvəz edir. Belə ki, bu ölkədə iki ildən çox davam edən vətəndaş müharibəsi nəticəsində 2022-ci ilin aprelindən bəri 14,3 milyon insan məcburi köçkün vəziyyətinə düşüb. Bu, bütün Sudan əhalisinin üçdəbirini təşkil edir və indiyə qədər qeydə alınmış ən böyük daxili köçkünlük böhranıdır.

Ali Komissarlığın yeni hesabatı problemin böyük miqyasını əks etdirir, “qeyri-müəyyən dərəcədə yüksək” yerdəyişmələri qeyd edir, lakin bu il dünyanın paytaxtlarında yardımın kəsilməsinin təsirinə baxmayaraq, “ümid şüaları” olduğunu da vurğulayır.


Sizin reklam burada
Sizin reklam burada