Yeni siyahıda Rəşad Nəbiyevin də adı var

Yeni siyahıda Rəşad Nəbiyevin də adı var
11 İyn 2025 17:50

Beynəlxalq Cüdo Federasiyasının (IJF) İcraiyyə Komitəsinin yeni tərkibi müəyyənləşib.


News365.az Teleqraf-a istinadla xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev də onlar arasındadır.


Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş IJF Konqresində Marius Vizer quruma 6-cı dəfə prezident seçilib.


Səsvermə nəticəsində müəyyənləşən İcraiyyə Komitəsinin yeni tərkibinə 17 nəfər daxil olub. Onlar 2025 - 2029-cu illərdə fəaliyyət göstərəcəklər.


Qeyd edək ki, 2017 - 2023-cü illərdə IJF İcraiyyə Komitəsində ACF-nin sabiq prezidenti Rövnəq Abdullayev də yer alıb.


Sizin reklam burada
Sizin reklam burada