Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos ilə Cənubi Qafqazda sülh və sabitlik məsələlərini müzakirə edib.
News365.az yerli KİV-ə istinadən xəbər verir ki, Ermənistan hökumətinin başçısı İrəvana səfəri çərçivəsində Marta Kosun nümayəndə heyətini qəbul edib.
Paşinyan aktiv və davam edən Ermənistan-Aİ dialoqunu yüksək qiymətləndirib və ardıcıl dəstəyə görə minnətdarlığını bildirib.
Marta Kos isə öz növbəsində qeyd edib ki, Aİ regionda sülh prosesini yüksək qiymətləndirir və əməkdaşlığın gələcək inkişafına və dərinləşməsinə töhfə verəcək.
Həmsöhbətlər Ermənistan-Aİ tərəfdaşlığının prioritetlərini, qarşıda duran məsələləri və əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə ediblər.
Tərəflər həmçinin regionda sülhün və sabitliyin qorunmasına dəstəyi davam etdirməyə hazır olduqlarını bildiriblər.