Rusiyada daha bir güclü zəlzələ oldu

Rusiyada daha bir güclü zəlzələ oldu
19 Sen 2025 17:53

Rusiyanın Kamçatka şəhərində 5.5 bal gücündə daha bir güclü zəlzələ qeydə alınıb.

News365.az xəbər verir ki, təkanlar Petropavlovsk - Kamçatskidən 181 km aralıda baş verib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Qeyd edək ki, bu gün Kamçatkanın şərq sahilində də 7,7 bal gücündə zəlzələ qeydə alınmışdı.


Sizin reklam burada
Sizin reklam burada