“Yay fəslində Ukraynada ciddi eskalaziyanın olacağını görəcəyik“- Tural Gəncəliyev

“Yay fəslində Ukraynada ciddi eskalaziyanın olacağını görəcəyik“-  Tural Gəncəliyev
25 Apr 2024 11:35

"Son zamanlar Avropa siyasətçiləri Amerikada Ukraynanın məğlub edilməsinin bütün Qərbin məğlub edilməsi kimi və Ukraynanın məğlubiyyətinin qarşısının alınmasından ötrü Qərb dairələrinin dəridən qabıqdan çıxması heçdə əbəs deyildir"

Milli Məclisin deputatı Tural Gəncəliyev bunu News365.az-a açıqlamasında deyib. 

"Biz görürdük ki, Ukrayna əks hücuma hazırlaşmalı idi. Amma bu əks hücum müfəvvəqiyyətli olmadı. Rusiya qoşunları əks hücumun qarşısını aldılar və mühüm həmlə edərək şəhərləri, əraziləri ələ keçirdilər. Son zamanlar Ukraynanın müdafiyə xəttində ciddi şəkildə problemlərin olduğu üzə çıxdı. Heç də əbəs yerə deyildir ki, son günlər həm ABŞ konqresi, həm Avropa ölkələri təcili qərarlar qəbul edərək ABŞ altmış bir milyard dollar, Avropa ölkələri də çox böyük bir miqdarda Ukraynaya hərbi yardım edilməsi qərarına gəldilər. Ümumiyyətlə mən hesab edirəm ki, yay fəsli ərzində biz Ukraynada ciddi eskalaziyanın olacağını görəcəyik. Çünki həqiqətəndə Ukraynaya verilən yeni raket sistemləri, artileriya sistemləri və digər qurğular Rusiyanın dərinliyini və böyük şəhərlərini dağıda biləcək raketlərdir ki, bunlar artıq müharibənin tamamilə sonunu və gedişini dəyişə bilər"- deyə deputat bildirib. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər