Yaxın günlərdə ehtiyatlı olun!

Yaxın günlərdə ehtiyatlı olun!
16:17

Fevralın 9-da səhər Günəşdə sonuncu güc sinfinə (M) aid partlayış baş verib.

Bu barədə TASS-a Tətbiqi Geofizika İnstitutundan (Federal Dövlət Büdcə Qurumu "IPG") məlumat verilib.
 Hesabatda qeyd olunub ki, "Fevralın 9-da Moskva vaxtı ilə saat 05:27-də (Bakı vaxtı ilə saat 06:27) 4366 nömrəli günəş ləkəsi qrupunda (N17W56) rentgen diapazonunda 30 dəqiqə davam edən M2.8 partlayış qeydə alınıb.

Nəzərə alaq ki, belə hadisələr maqnit qasırğası yaradır. Maqnit qasırğası isə metohəssas insanlar üçün heç də əlverişli deyil

Məsələ ilə bağlı News365.az -a danışan həkim Rasif Bağırov belə günlərdə bəzi insanların səhhətlərinə qarşı çox diqqətli olmalarını vacib hesab edir: 

“Belə gündə müəyyən xroniki xəstəlik keçirmiş cavan adamlarda baş ağrıları müşahidə olunur və belə hava əsasən 50 yaşdan yuxarı insanların səhhətinə mənfi təsir göstərir.
Məsələn, qanında müəyyən yağların miqdarı yüksək olan, qanında qatılıq olan, bir sözlə qan təzyiqindən əziyyət çəkən insanlara belə hava pis təsir edir.
Bu da özünü baş ağrıları, halsızlıq kimi simptomlarla göstərə bilər. Belə hava hətta hipertoniyadan ciddi əziyyət çəkən insanların ölümünə belə səbəb ola bilər. Ona görə də bu günlərdə 50 yaşından yuxarı və qan təzyiqindən əziyyət çəkən insanlar bir qədər diqqətli olmalıdırlar”.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada