Misir ABŞ və İranla danışıqlara qoşulub

Misir ABŞ və İranla danışıqlara qoşulub
19:00

Misir İrana qarşı aparılan müharibəni dayandırmaq məqsədilə fəal müzakirələr həyata keçirir, eyni zamanda Türkiyə və Pakistanla birgə ABŞ və İran arasında vasitəçilik missiyasını yerinə yetirir.

News365.az TASS-a istinadla xəbər verir ki, bu barədə Misirin xarici işlər naziri Bədr Abdel-Ati Beyrutda təşkil olunan brifinq zamanı bildirib.

"İranla münaqişəni bitirmək və bölgədəki kütləvi xaosun qarşısını almaq məqsədilə gərgin danışıqlar prosesindəyik", - deyə XİN rəhbəri qeyd edib.

Nazir əlavə edib ki, Misir Türkiyə və Pakistanla əməkdaşlıq çərçivəsində İran və Amerika tərəflərinə mesajların ötürülməsini təmin edir.


Sizin reklam burada
Sizin reklam burada