Dünən saat 16:00-da Bakı-Qazax avtomobil yolunun 59-cu kilometrliyində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
News365.az-ın əldə etdiyi məlumata görə, "Mercedes Vito" avtomobil ilə "Honda" markalı avtomobil toqquşub.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən və Kliniki Tibbi Mərkəzdən olaraq bildirilib ki, çağırış ünvanına 6 təcili tibbi yardım briqadası cəlb olunub.
Məlumatda qeyd olunub ki, təcili tibbi yardım briqadaları tərəfindən 9 nəfər (8 qadın, 1 kişi) müştərək travmalarla Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub:
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri müvafiq şöbələrdə davam etdirilir. 6 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir".