45 yaşlı kişini inək vurdu - Xəstəxanalıq oldu

45 yaşlı kişini inək vurdu - Xəstəxanalıq oldu
26 Mar 2026 17:38

Samux rayonunda bədbəxt hadisə baş verib.

News365.az xəbər verir ki, rayonun Ziyadlı kənd sakini 1981-ci il təvəllüdlü Zahid Məmmədov inəyin hücumuna məruz qalıb.

Nəticədə zərərçəkmiş müxtəlif bədən xəsarətləri alıb.

O, Gəncə şəhərində yerləşən Abbas Səhhət adına xəstəxananın Təcili yardım şöbəsinə yerləşdirilib.

Hazırda Zahid Məmmədovun vəziyyətinin orta ağır olduğu bildirilir.


Sizin reklam burada
Sizin reklam burada