Ukrayna ordusu daha 9 məntəqəni işğaldan azad etdi

Ukrayna ordusu daha 9 məntəqəni işğaldan azad etdi
20:20

Aleksandrovka yaşayış məntəqəsi istiqamətində əks-hücum zamanı Ukrayna ordusu doqquz yaşayış məntəqəsini Rusiya qoşunlarından azad edib və daha üç məntəqəni tamamilə təmizləyib.

News365.az xəbər verir ki, bu barədə Ukrayna Hava-Desant Qüvvələrinin 7-ci Çevik Reaksiya Korpusunun Feysbuk hesabında məlumat yayılıb.

Bildirilib ki, martın 25-də Ukrayna qoşunları doqquz yaşayış məntəqəsini (Dnepropetrovsk vilayətində yeddi və Zaporojye vilayətində iki) Rusiya qüvvələrindən tamamilə təmizləyib.

Qeyd olunub ki, Ukrayna qoşunları təxminən 440 kvadrat kilometr ərazi üzərində nəzarəti bərpa edib. Yanvarın sonundan bəri Rusiya qoşunları 3676 itki verib, 11 nəfər isə əsir götürülüb.


Sizin reklam burada
Sizin reklam burada