Yanğın baş verən binanın sakini danışdı: “İşıqlar birdən söndü…” – FOTOLAR

Yanğın baş verən binanın sakini danışdı: “İşıqlar birdən söndü…” – FOTOLAR
13:10

“Qaça-qaça aşağı düşdük, hər yer tüstü içində idi”.

News365.az xəbər verir ki, bunu ötən gün Yasamalda yanğın baş vermiş binanın sakini Həmid Manafov deyib.

O qeyd edib ki, yanğın zamanı binanı böyük çətinliklə tərk edə biliblər:

“Həmin vaxt binada idik, işıqlar qəfil söndü, kənardan səs-küy eşitdik. Çölə çıxanda hər yeri tüstü bürüdüyünü gördük. Biz 6-cı mərtəbədə yaşayırıq, qaça-qaça aşağı düşdük. Güclə eşiyə çıxdıq. 12-ci mərtəbədən gələn tüstünü gördük, aşağı düşdükcə tüstü daha da çoxalırdı”.

Həmid Manafov bildirib ki, binadan çıxdıqdan sonra 11-ci mərtəbənin yandığını görüb.

Qeyd edək ki, ötən gün axşam saat 19:50 radələrində Yasamal rayonu, M.Seyidov küçəsi ərazisindəki yaşayış binasında yanğın baş verib.

Yanğın zamanı tüstüdən zəhərlənmə diaqnozu ilə 27 nəfər hospitalizasiya olunub, 20-nə (13-ü kişi, 7-si qadın) zəruri tibbi xidmətlər göstərilib, 3 nəfər həyatını itirib. /// Teleqraf

Yanan binanın sakini: "İşıqlar qəfil söndü..." - FOTOLAR Yanan binanın sakini: "İşıqlar qəfil söndü..." - FOTOLAR

Sizin reklam burada
Sizin reklam burada