Rusiyanın texnologiya nəhəngi “Yandex” Sankt-Peterburqun Primorski rayonunda robotlaşdırılmış çatdırılma xidmətini işə salıb.
Şirkətin mətbuat xidməti “TASS”a bildirib ki, robotlar “Yandex Lavka”nın sifariş anbarlarından çıxan məhsulları müştərilərə çatdıracaq.
News365.az-ın məlumatına görə, 2026-cı ilə qədər şəhərdə bu cür anbarların sayını 50-yə çatdırmaq planlaşdırılır. Yeni robotlar 25 kq-a qədər yük daşımaq qabiliyyətinə malikdir və bütün hava şəraitində fəaliyyət göstərə bilir – duman, yağış və qarı da daxil olmaqla. Lidar sistemi robotlara 100 metr radiusda ətrafı görmək və yol nişanlarını tanımaq imkanı verir.
Şirkət 2027-ci ilin sonuna kimi 20 000 yeni nəsil çatdırılma robotu istehsal etməyi hədəfləyir. Bu addım “Yandex”in avtomatlaşdırılmış çatdırılma sahəsindəki mövqeyini gücləndirəcək.
News365.az