Açıq ürək əməliyyatı olunub damarları dəyişdirilən şəxslərə əlillik düşürmü?
News365.az xəbər verir ki, vəkil
Pərviz Zalışov bu sualı cavablandırıb:
“Ürək əməliyyatı olunan hər şəxsə əlillik düşmür. Yanlız kəskin stenokardiya
olduğu hallarda şəxsə əlillik təyin edilir. Orda da faiz dərəcəsi 28 faizdən
aşağı olmalıdır. Əgər əməliiyat uğurlu keçiriblsə, ürəyin damarları dəyişdirilib
və şəxs saxalıbsa, o artıq müalicə olunmuş sayılır və təbii ki, belə halda əlillik
təyin edilmir. Onu da deyim ki, hər xəstəlik əlillik təyinatına əsas
vermir. Nazirlər kabinetinin təsdiq etdiyi siyahı var. Ancaq ordakı xəstəliklərə
görə pensiya təyin edilə bilər. O xəstəliklərin də dərəcələri var. Dərəcə nəzərdə
tutulandan aşağıdırsa, bu halda da əlillik təyin edilmir. Misal üçün xərcəng
xəstəliyi o siyahıdadır, lakin bütün xərcəng xəstələri əlil sayılmır”.