Xocalıda mərmər zavodunda yanğın törədən qaynaqçı saxlanılıb

Xocalıda mərmər zavodunda yanğın törədən qaynaqçı saxlanılıb
10:00

Avqustun 11-də Xocalı rayon Malıbəyli kəndi ərazisindəki sökülmüş mərmər zavodunda yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan News365.az-a bildirilib ki, araşdırmalarla yanğının 1998-ci il təvəllüdlü Ərşad Qasımovun həmin ərazidə qaynaq işləri aparan zaman ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.

    Ə. Qasımov polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.


    Sizin reklam burada
    Sizin reklam burada