Xırdalanda şirkətdə fəhlənin ölməsi faktı araşdırılır

Xırdalanda şirkətdə fəhlənin ölməsi faktı araşdırılır
13:36

Abşeron rayonunda fəhlənin iş zaman bədbəxt hadisə nəticəsində ölməsi faktı araşdırılır.

News365.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

    Qeyd olunub ki, yanvarın 23-də Abşeron rayonu, Xırdalan şəhəri ərazisində fəaliyyət göstərən MMC-lərdən birində fəhlə işləyən Asif Məmmədovun yükqaldırıcı mexanizmin altında qalması nəticəsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.


    Sizin reklam burada
    Sizin reklam burada