Xəzərlə bağlı HƏYƏCAN TƏBİLİ - Son 18 ildə...

Xəzərlə bağlı HƏYƏCAN TƏBİLİ - Son 18 ildə...
15:20

Xəzər dənizinin Qazaxıstan sahillərində orta səviyyəsi 2025-ci ilin sentyabrınadək mənfi 29,31 metrə enib, dəniz səthinin sahəsi isə son on səkkiz ildə 36 min kvadratkilometr azalıb.

Bu barədə “Kazidromet” məlumat yayıb.

Məlumatda bildirilir ki, Xəzər dənizinin şimal-şərq hissəsində dəniz səviyyəsi mənfi 29,15 metr, şərq hissəsində isə mənfi 29,46 metrə çatıb.

Ötən illə müqayisədə azalma şimal-şərq hissəsində 20 santimetr, şərq hissəsində isə 17 santimetr olub.

Qazaxıstan daxilində sahilyanı geri çəkilmə bəzi yerlərdə 30-35 kilometrə çatıb ki, bu da Xəzər ekosisteminin deqradasiyasının sürətlənməsini təsdiqləyir və alimlərin uzunmüddətli iqlim və iqtisadi nəticələrlə bağlı narahatlığını artırır.



Sizin reklam burada
Sizin reklam burada