Xəzər rayonunda “Bilik günü” münasibətilə tədbirlər keçirildi - FOTO

Xəzər rayonunda “Bilik günü” münasibətilə tədbirlər keçirildi -  FOTO
15 Sen 2023 15:37

15 sentyabr 2023-cü il tarixində Xəzər rayonunun ümumtəhsil məktəblərində “Bilik günü” və yeni tədris ilinin başlanması münasibətilə silsilə tədbirlər keçirilib. 

“Bilik günü” münasibətilə Buzovna qəsəbəsində yerləşən 26 №li tam orta məktəbdə keçirilən bayram tədbirində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov,  Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Şurasının sədri Fatma Xanım Səttarova, Vətən Müharibəsi şəhidi İsmayılov Qurban Mayıl oğlunun övladı İsmayılov Mayıl Qurban oğlu, məktəb rəhbərliyi, müəllim və şagird heyəti, valideynləriştirak ediblər. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamış və Vətənimizin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş Qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov ilk növbədə “Bilik günü” münasibətilə məktəbliləri, valideyn və müəllimləri təbrik edib, onlara yeni dərs ilində uğurlar arzulayıb. Ötən tədris ilinin Xəzər rayonu üçün uğurlu olduğunu diqqətə çatdıran cənab Başçı, ali məktəblərə qəbul imtahanlarında rayon məktəblilərinin yüksək nəticələr göstərdiyini vurğulayıb. E.Salahov çıxışında qeyd etmişdir ki, son illərdə qazanılan bütün uğurlar ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, ölkənin birinci xanımı Mehriban Əliyevanın təhsil obyektlərinin yenilənməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir. Ümummilli Lider Heydər Əliyevin təhsil sahəsindəki siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə  təhsilə olan diqqət və qayğı göz qabağındadır. Mütəmadi olaraq təhsil işçilərinin əmək haqlarının   artırılması, hər il xeyli təhsil işçisinə əməkdar müəllim adı, Prezident təqaüdü və bir sıra dövlət təltiflərinin verilməsi buna əyani sübutdur.

Daha sonra tədbir iştirakçıları Vətən Müharibəsi şəhidi Hakim Bəşirovun I sinfə gedən övladı Rinat Bəşirovun sinfində olmuş, şəhidin həyat yoldaşı və övladı ilə görüşmüş və təhsil həyatında ona uğurlar arzulayıblar. 

Tədbirin sonunda qonaqlara məktəb şagirdlərinin hazırladığı bədii kompozisiya, şerlər,  məktəb həyatından bəhs edən  və vətənpərvərlik mövzusunda mahnılar, milli rəqslər təqdim olunub. 

Ənənəvi «Bilik günü» tədbirləri rayonun digər məktəblərində də keçirilmiş, bu tədbirlərdə RİH başçısının müavinləri və  məsul nümayəndələri iştirak ediblər.  

  • Xəzər rayonunda “Bilik günü” münasibətilə tədbirlər keçirildi - FOTOLAR

Youtube kanalımız

Oxşar xəbərlər