Xəzər dənizində süni torpaq sahələri – Dəniz nəqliyyatı yaradıla bilər?

Xəzər dənizində süni torpaq sahələri –  Dəniz nəqliyyatı yaradıla bilər?
15 Apr 2024 22:19

Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələri yaradılacaq.

Yayılan məlumata görə Milli Məclisdə "Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsi yaxın vaxtlarda ə müzakirəyə çıxarılacaq.

Bu qanun layihəsi  Bakı və Abşeron yarımadası daxili dəniz nəqliyyatının yaradılmasına səbəb ola bilər?

Bu barədə Valyuta.az-a danışan nəqliyyat üzrə ekspert Rövşən Həsənov bildirib ki, bu hələ təsdiqlənməmiş məlumatdır, əgər təsdiqini taparsa, çox rentabelli sayılacaq:

“Bu müsbət təklifdir.  Dəqiq təsdiqlənməyib, amma təsdiqlənərsə, bu qanunla görə, asma körpü və ya bəzi yerlədə torpaq tökmə üsulu ilə yolların yaradılması nəzərdə tutulub”.

Ekspertə görə dəniz nəqliyyatı olmasa da, bu yolların salınmasının əhəmiyyəti böyükdür:

“Belə ki, məsafə qısalacaq, ödənişli yol olsa belə insanlar üçün alternativ yaradılmış olacaq. Daha geniş, işıqlandırılmış, komfortlu yolla, daha sürətli olacaq. Bununla yanaşı məsafənin qısaldılması sıxlıq və tıxacın qarşısını alacaq”. 


Youtube kanalımız

Oxşar xəbərlər