Xersonun atəşə tutuldu - 1 ölü, 20-dən çox yaralı

Xersonun atəşə tutuldu - 1 ölü, 20-dən çox yaralı
14:23

Rusiya qoşunlarının Ukraynanın Xerson vilayətində yaşayış məntəqələrini atəşə tutması nəticəsində bir nəfər həlak olub, daha 21 nəfər yaralanıb.

News365.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

Yaralılar arasında üç polis əməkdaşı və bir tibb işçisinin olduğu bildirilir.

"Hücum nəticəsində 61 yaşlı kişi həlak olub. 18-77 yaş arası doqquz nəfər yaralanıb. Həmçinin 23 yaşlı iki polis əməkdaşı da xəsarət alıb. 8 çoxmənzilli ev və iki avtomobil zədələnib", - məlumatda qeyd olunub.


Sizin reklam burada
Sizin reklam burada