Xərçəng düşündükləri şişin içindən qurd çıxdı

Xərçəng düşündükləri şişin içindən qurd çıxdı
29 May 2025 10:40

Rusiyada maraqlı əməliyyat həyata keçirilib. Saratovda həkimlər boynunda exinokok(parazit) kistası olan yeniyetməni xilas ediblər. Bu barədə Saratov Regional Uşaq Klinik Xəstəxanasının mətbuat xidməti məlumat yayıb.


Yeniyetmə boyun nahiyəsində şiş əmələ gəlməsindən şikayətlənib. Müayinə zamanı “şiş” xərçəng deyil, içi parazitlərlə dolu kista olduğu üzə çıxıb.


"Bizim şöbədə belə xəstələrə az rast gəlinmir. SODKB xəstəxanasında hər il 10-15 exinokok xəstəsi müalicə olunur. Ən çox və tez-tez qaraciyərdə və ya ağciyərdə exinokok kistası lokallaşdırılır. Boyun nahiyəsində isə olduqca nadir hallarda rast gəlinir. Xəstəlik aydın simptomlar vermir və adətən xəstələrin özləri tərəfindən və ya UZİ müayinəsi zamanı aşkar edilir".

Tural


Sizin reklam burada
Sizin reklam burada