XƏBƏRDARLIQ: Bu şəxslər üçün ölüm riski olacaq

XƏBƏRDARLIQ: Bu şəxslər üçün ölüm riski olacaq
19 Apr 2024 16:49

Xəbər verdiyimiz kimi, yaxın günlərdə Günəşdə ən yüksək X dərəcəli partlayışın baş verməsi ehtimalı yüksəkdir.

Günəş aktivliyinin kəskin artması sonuncu dəfə martın sonunda, G4 səviyyəli maqnit qasırğası qeydə alındığı zaman baş verib ki, bu da son 20 ildə ən böyüklərindən birinə çevrilib.

Aprelin əvvəlindən bu yana partlayışların sayı kəskin şəkildə azalıb, lakin bu fasilə başa çatmaq üzrədir. Ən təhlükəli günlər 19 və 20 apreldir. Bu günlərdə ən böyük aktiv mərkəzlər məhz Günəş-Yer xəttində olacaq.

Alimlər qeyd edirlər ki, günəş partlayışları Yerdə maqnit qasırğalarına səbəb ola bilər ki, bu da enerji sistemlərinin pozulmasına səbəb olur və heyvanların və quşların miqrasiya yollarına təsir edir.

Güclü maqnit qasırğaları qısa dalğalı rabitəni və naviqasiya sistemlərinin işini pozur, sənaye şəbəkələrində gərginliyin pozulmasına səbəb olur. Eyni zamanda bu insan sağlamlığına da ciddi təsir edir. Çox vaxt belə günlərdə insanlar sağlamlıqlarının pisləşməsindən, baş ağrılarından, konsentrasiyanın və yuxunun pozulmasından şikayətlənirlər.

Məsələ ilə bağlı danışan həkim Rasif Bağırov bu gün bəzi insanların səhhətlərinə qarşı çox diqqətli olmalarını vacib hesab edir: 

“Belə günlərdə müəyyən xroniki xəstəlik keçirmiş cavan adamlarda baş ağrıları müşahidə olunur. Belə hava əsasən 50 yaşdan yuxarı insanların səhhətinə mənfi təsir göstərir. Məsələn, qanında müəyyən yağların miqdarı yüksək olan, qanında qatılıq olan, bir sözlə qan təzyiqindən əziyyət çəkən insanlara belə hava pis təsir edir.

Bu da özünü baş ağrıları, halsızlıq kimi simptomlarla göstərə bilər. Belə hava hətta hipertoniyadan ciddi əziyyət çəkən insanların ölümünə belə səbəb ola bilər.

Ona görə də bu günlərdə 50 yaşından yuxarı və qan təzyiqindən əziyyət çəkən insanlar bir qədər diqqətli olmalıdırlar”.

 


Youtube kanalımız

Oxşar xəbərlər