Ruslar aviasiya bombaları ilə Xarkova yenə zərbələr endiriblər.
Bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib .
Onun sözlərinə görə, hücum nəticəsində 1 nəfər ölüb, 5 nəfər isə yaralanıb.
Sinegubov qeyd edib ki, şəhərin Şevçenkivski rayonunda dəmiryolunun, Kiyevski rayonunda isə şəxsi yaşayış binasına mərmi atılması nəticəsində ziyan dəyib.