Xaricə getmək istəyənlərin NƏZƏRİNƏ: Diqqətli olun

Xaricə getmək istəyənlərin NƏZƏRİNƏ: Diqqətli olun
12:56

Son dövrlərdə xaricdə iş tapmaq ümidi ilə ölkədən çıxan vətəndaşların sayı artıb, lakin bəzi hallarda bu proses aldadıcı təkliflərlə müşayiət olunur.

Hüquqşünas Ruslan Mustafayev News365.az-a açıqlamasında bildirib ki, Azərbaycandan xaricə iş məqsədilə gedən şəxslərin bir hissəsi vəd edilən imkanlarla əslində qarşılaşmır.


Bu, hər bir halda bütün dövrlərdə müxtəlif ölkələrin daxilində və ölkədən xaricə miqrasiyanın baş verdiyini göstərir. Azərbaycanda uzun illər bu, ölkə daxili baş verirdi – regionlardan Bakıya axın kifayət qədər böyük idi. Ölkə daxili miqrasiya müşahidə edilirdi; regionlardan paytaxt Bakı və Bakı ətrafı şəhərlərə, qəsəbələrə, kəndlərə köçlər kifayət qədər çox idi.

Vətəndaşlar kəndlərin və rayonların boşaldığını müşahidə edirlər. Bunun səbəbi daha yaxşı qazanc əldə etməkdir. Yəni, vətəndaşlar regionlarda iş tapmaqda çətinlik çəkdikləri üçün, ailələrini dolandırmaqda çətinliklə üzləşdikləri üçün öz doğma yurdlarını tərk edir, kəndləri, qəsəbələri tərk edərək Bakı şəhərinə köçürlər. Bu səbəbdən bugünkü gün Bakı şəhərinin əhalisi artıb və xaricə çıxmaq istəyən şəxslər də çoxdur.

Yaşayışın baha olması səbəbindən regiondan gələnlərin bir qismi Bakı ətrafındakı Xırdalan, Sumqayıt və digər şəhər və qəsəbələrdə məskunlaşır. Müəyyən qədər bilik və təhsili olan şəxslər isə xarici miqrasiyaya üstünlük verirlər – yəni, ölkəni tərk edərək Avropada, ABŞ və Kanadada iş tapmaq istəyirlər. Bunun üçün imkanlar mövcuddur: bəzi şirkətlər və qruplar şəxslərə viza dəstəyi və xaricdə işlə təmin olunma sahəsində kömək göstərirlər.

Lakin hüquqşünas Ruslan Mustafayev xəbərdarlıq edib ki, son zamanlarda Azərbaycan qanunvericiliyinin 178-cü maddəsinə əsasən araşdırılan işlərdə bu sahədə çalışan vətəndaşların bəzisi məsuliyyətə cəlb olunub. Belə ki, bəzi şəxslər yaranmış tələbatdan istifadə edərək vətəndaşlara yalan vədlər verirlər: onlara viza dəstəyi göstərəcəklərini, xaricə göndərəcəklərini, hətta xaricdə iş və yaşayış təmin edəcəklərini vəd edirlər.

Bu səbəbdən xaricə iş dalınca getmək istəyənlər daha diqqətli olmalıdırlar. Araşdırmadan, məlumat toplamadan heç kimə məbləğ ödəməmək vacibdir ki, aldadılmasınlar və gələcəkdə belə hallar ilə qarşılaşmasınlar.


Sizin reklam burada
Sizin reklam burada