“Xanbaba Daşdının itkisi məni çox üzdü” - Zülfiyyə Qurbanova

“Xanbaba Daşdının itkisi məni çox üzdü” - Zülfiyyə Qurbanova
16:24

Tanınmış aktrisa Zülfiyyə Qurbanova “Şahdağ” Futbol Klubunun mətbuat xidmətinin rəhbəri kimi tanınan və bir neçə saat öncə intihar etdiyi bildirilən Xanbaba Daşdının ölüm xəbərinə sosial şəbəkədə reaksiya verib.

News365.az xəbər verir ki, aktrisa mərhumun cəmi 30 yaşında olduğunu qeyd edərək, onun itkisinə görə dərin kədərini ifadə edib:

“Feysbuk dostum, Şahdağ FK-nın mətbuat xidmətinin rəhbəri kimi tanıdığım Xanbaba Daşdı bir neçə saat bundan əvvəl intihar edib. Gənc idi, 30 yaşı vardı. Çox üzüldüm, çox…”

Zülfiyyə Qurbanova bildirib ki, intiharın arxasında hansı səbəbin dayandığını dəqiq bilməsə də, bu addımın insanın ruhunu dərin sınaqlara çəkdiyinə inanır:

“Kim, hansı səbəb onu bu həddə çatdırdı, deyə bilmərəm. Amma bildiyim budur ki, ruhunu daha ağır sınaqlara məruz qoydu.”

Aktrisa ezoterik inanc və İslam dininin intihara münasibəti barədə də fikirlərini bölüşüb. Onun sözlərinə görə, ezoterik baxışa əsasən, intihar edənlərin ruhu kainatın enerji sistemindən uzaqlaşır və Allaha qovuşmaları gecikir. İslamda isə bu əməl daha ağır bir günah sayılır:

“Ezoterikaya görə, intihar İlahi sistemə, kainatın proqramına qarşı çıxmaqdır. İntihar edənlər enerji qaynağından uzaq düşür, gec qovuşurlar. İslam dininə görə isə, intihar – Allaha qarşı çıxmaqdır və bu, başqasını öldürmək qədər, hətta daha ağır bir günah sayılır. Onların ruhu bir müddət ruhlar aləminə qəbul olunmur.”

Zülfiyyə Qurbanova paylaşımının sonunda mərhuma rəhmət diləyib və intiharın ağır nəticələrə yol açdığını vurğulayıb:

“Allah özünə qəsd edənləri sevməz. Ölümdən sonra Allaha qovuşmaq istəyirsinizsə, canınıza qəsd etməyin. Allah sənə rəhmət etsin, Xanbaba!”


Sizin reklam burada
Sizin reklam burada