Avqustun 10-da Zəngilan şəhəri ərazisində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
Bu barədə News365.az-a DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib.
Məlumata görə, yanğının 1985-ci il təvəllüdlü Vüsal Əlpənahov tərəfindən ehtiyatsızlıqdan törədildiyi məlum olub.
Hadisə nəticəsində 5 hektar ərazidə biçilmiş əkin sahəsi və kol-kos yanıb. Əməli törədən V.Əlpənahov saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb.
Faktla bağlı Rayon Polis Şöbəsində istintaq araşdırmaları davam etdirilir.