11 dəfə evləndi, yoldaşlarını zəhərlədi - SƏBƏB

11 dəfə evləndi, yoldaşlarını zəhərlədi - SƏBƏB
10:40

İranda 56 yaşlı qadın 20 ildən artıq müddətdə mehr və mülk üçün həyat yoldaşlarını zəhərləyib.

News365.az xarici mediaya istinadən xəbər verir ki,  56 yaşlı Kolsum Akbari adlı qadın, 20 ildən artıq müddət ərzində evləndiyi yaşlı kişiləri mehr pulu və mülklərini əldə etdikdən sonrazəhərləyərək öldürüb. O, evlilikləri zamanı həyat yoldaşlarını şəkər dərmanları və etil spirti ilə zəhərləyirmiş. Cinayətlər qurbanların yaşlı və xəstə olması səbəbilə uzun müddət təbii ölüm kimi qiymətləndirilib və 23 il ərzində aşkarlanmayıb.

Akbari, planlı şəkildə özündən yaşca böyük kişilərlə evlənir, onlardan mehr pulu və əmlak əldə etdikdən sonra onları müxtəlif üsullarla zəhərləyirmiş. 2000-ci ildən başlayan cinayətlərin sonuncusu 2023-cü ildə, qadının 82 yaşlı son qurbanı Qulamrza Babaeini öldürməsi ilə ifşa olunub.

Saxlanılarkən Kolsum Akbari dəqiq neçə nəfəri öldürdüyünü xatırlamadığını, lakin cinayətləri etiraf etdiyini bildirib. “Neçəsini öldürdüyümü bilmirəm. Bəlkə 13, bəlkə 15 nəfər... dəqiq xatırlamıram,” – deyə ifadəsində qeyd edib. Hazırda Kolsum Akbari İranda edam cəzası ilə mühakimə olunur. 


Sizin reklam burada
Sizin reklam burada