İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei İran xalqına müraciət edib.
News365.az xəbər verir ki, İran mediası həmin çıxışın yaxın zamanda yayımlanacağını açıqlayıb. “İranı, iran xalqını və onun tarixini tanıyan ağıllı insanlar bu millətlə heç vaxt hədələyici dildə danışmazlar. Çünki iran xalqı təslim olmayacaq və amerikalılar bilməlidirlər ki, ABŞ-ın istənilən hərbi müdaxiləsi şübhəsiz ki, bərpaolunmaz ziyan vuracaq”, – İranın ali lideri televiziya müraciətində bildirib.