Xamenei bunkerdən bunkerə köçür - Ali liderin gizləndiyi yer İFŞA OLDU

Xamenei bunkerdən bunkerə köçür - Ali liderin gizləndiyi yer İFŞA OLDU
14:03

ABŞ-ın İrana mümkün hücumu gözlənildiyindən İslam Respublikasının ali lideri Əli Xamenei yeraltı sığınacağa köçüb.

Bu barədə İsrail mediası yazıb.

Mənbə qeyd edir ki, Xamenei özünün və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək vəzifəli şəxslərinin istifadə etdiyi bunkerlər şəbəkəsində bir yeraltı sığınacaqdan digərinə keçir.

Məlumata görə,  Xamenei ötən il İsraillə apardığı 12 günlük müharibə zamanı da da bunkerdə gizlənib.

Qeyd olunur ki, 12 günlük müharibə zamanı İsrail Xameneini öldürməyi ciddi şəkildə düşünüb. İsrail kəşfiyyatı təhlükəsiz obyektlər şəbəkəsinin mövcudluğundan xəbərdar olaraq onun yerini fəal şəkildə axtarıb.

İndi isə həyatına yeni təhlükə yarandığını nəzərə alan Xamenei yenidən tunellər şəbəkəsi ilə bir-birinə bağlı möhkəmləndirilmiş yeraltı kompleksə çəkilib.
 

İsrail mediası ən təhlükəsiz bunkerlərdən birinin yerləşdiyi və Xameneinin ailəsi ilə birlikdə köçdüyü Lavizan (Tehranın şimal-şərqi) adlı xüsusi bir əraziyə işarə edib.


Məlumatlara görə, bu bunkerlər şəbəkəsi SEPAH tərəfindən inşa edilib və təxminən 90-100 metr dərinlikdə yerləşir. Xameninin gizləndiyi bunker Fordo nüvə stansiyasından daha təhlükəsiz hesab olunur və bombaların birbaşa zərbələrinə davam gətirmək üçün nəzərdə tutulub. (Modern.az)


Sizin reklam burada
Sizin reklam burada