Xalq artisti Mənsum İbrahimovun oğlu İbrahim Türkiyənin Hacətəppə Universitetinin magistr pilləsinə qəbul olub.
News365.az xəbər verir ki, bu barədə Mənsum İbrahimov sosial şəbəkə hesabında paylaşım edib.
“Dostlar, oğlum İbrahim Türkiyənin Hacəttəpə Universitetinin Beynəlxalq münasibətlər ixtisası üzrə magistr pilləsinə qəbul olub. Ailəmizə yaşatdığı bu sevincə görə bir valideyn olaraq onunla qürur duyuram. Yolu daim açıq olsun. İbrahimin timsalında bu il qəbul olan bütün gəncləri təbrik edirəm”, - deyə paylaşımda qeyd olunub.