Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Xalq artistinin klinikasına qarşı ittiham -  2000 manat cərimələnə bilər
19 Apr 2024 18:59

Xalq artisti Leyla Şıxlinskayanın sahibi olduğu "Leyla Medical Center" cərimələnə bilər. 

Klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 462.1-ci (Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə "Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmaması) maddəsi ilə inzibati iş başlanıb. 

İşə Xətai Rayon Məhkəməsində baxılacaq. Aprelin 25-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. İclas hakim Fuad Axundovun sədrliyi ilə keçiriləcək. 

462.1-ci maddəyə əsasən, vəzifəli şəxslər 300 manatdan 400 manatadək məbləğdə, hüquqi şəxslər isə 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.

"Leyla Medical Center" 1999-cu ildən fəaliyyət göstərir. 2019-cu ilə qədər klinika "Leyla Şıxlinskaya Klinikası" adını dəyişib.


Youtube kanalımız

Oxşar xəbərlər