Vilayət Eyvazov sıra baxışı keçirib - FOTOLAR

Vilayət Eyvazov sıra baxışı keçirib - FOTOLAR
17:30

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov noyabrın 27-də respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

News365.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 166 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 9 nəfəri Vətən müharibəsi iştirakçısıdır.

Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.


Sizin reklam burada
Sizin reklam burada