Aeroportlarda 78 uçuş ləğv olunub - İstanbulda...

Aeroportlarda 78 uçuş ləğv olunub - İstanbulda...
11 Yan 2026 22:36

İstanbulda yanvarın 12-nə gözlənilən qeyri-sabit hava şəraitinə görə 78 uçuş ləğv edilib.

News365.az xəbər verir ki, bu barədə Türk Hava Yolları (THY) və "AJet" şirkətlərinin yaydığı açıqlamada qeyd olunub.

Aviaşirkətlərdən bildirilib ki, ləğv olunan uçuşların 54-ü İstanbul Hava Limanına (THY), 24-ü isə Sabiha Gökçen Hava Limanına ("AJet") aiddir.

Xatırladaq ki, İstanbulda qeyri-sabit hava şəraiti səbəbindən məktəblərdə yanvarın 12-si tətil elan edilib.


Sizin reklam burada
Sizin reklam burada