Çeçenistan rəhbəri Ramzan Kadırovun böyrəklərinin fəaliyyətinin dayandığı bildirilir.
Bu barədə yanvarın 11-də “Ukrinform” Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki mənbəyə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, Ramzan Kadırov hazırda Çeçenistanda ona məxsus olan xəstəxanada müalicə alır.
Xəstəliyi fonunda ailə klanının üzvləri, o cümlədən digər ölkələrdən olan qohumları da onun yerləşdiyi xəstəxanaya toplaşıblar.
Kadırovun səhhətindəki problemlər fonunda Çeçenistan liderinin mümkün varisinin müəyyənləşdirilməsi prosesi də xeyli fəallaşıb. Ən real namizədlər sırasında region hökumətinin rəhbəri Maqomed Daudov, “Axmat” xüsusi təyinatlı alayının komandiri Apti Alaudinov, eləcə də Ramzan Kadırovun müvəqqəti baş nazir müavini təyin etdiyi böyük oğlu Axmat Kadırovun adı çəkilir.