Vətənpərvərlik inzibati yolla olmur-Deputat

Vətənpərvərlik inzibati yolla olmur-Deputat
09:23

 

Xəbər verdiyimiz kimi Rusiya Prezident Administrasiyasının ictimai proseslərin monitorinqi və təhlili idarəsinin rəhbəri Aleksandr Xariçevin “Dövlət” (“Gosudarstvo”) jurnalında “Biz kimik?” adlı məqaləsi dərc olunub. Həmin məqalədə diqqət çəkən fikirlərdən də biri o olmuşdur ki, yaxın vaxtlarda Rusiyada “Vətənpərvərlik haqqında” qanun qəbul edəcək.

Həmin qanuna əsasən, bütün dövlət orqanları, təhsil müəssisələri və qurumlar vətəndaşlarda müvafiq dünyagörüşünü formalaşdırmaq öhdəliyi daşıyacaqlar.

Vətənpərvərlik təbii ki, hər zaman aktual mövzu olub. Ancaq bu hissin qanuni yolla cəmiyyətə ötürülməsi isə bir qədər qəribə səslənir.

Və belə bir sual yaranır ki, bizdə də “Vətənpərlik haqqında” qanunun qəbuluna ehtiyac varmı?

Məsələyə münasibət bildirən Millət vəkili Fazil Mustafa hesab edir ki, Azərbaycanda belə bir qanunun qəbuluna ehtiyac yoxdur:

“Əgər sağlam insan yetişdirirsənsə o adam əsl vətənpərvər olur. Öz peşəsində vicdanlı olan şəxs əsl vətənpərvərdir. Təhsil sistemimiz də məhz bu cür insan hazırlamalıdır. Çalışmalıyıq ki, tərbiyəli, mədəni və savadlı nəsil yetişdirək. Belə nəsil hökmən vətənpərvər olacaq. Bunun üçün inzibatçılığa, hansısa qanunun qəbuluna ehtiyac yoxdur”.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada