Vens Azərbaycana bu mərasimdən sonra gələcək

Vens Azərbaycana bu mərasimdən sonra gələcək
11:29

ABŞ nümayəndə heyəti ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin rəhbərliyi ilə İtaliyada 2026-cı il Qış Olimpiya Oyunlarının açılışından sonra Azərbaycana və Ermənistana səfər edəcək.

News365.az xəbər verir ki, bu barədə Associated Press (AP) məlumat yayıb.

Məlumata görə, Vens əvvəlcə İtaliyada keçiriləcək 2026-cı il Qış Olimpiya Oyunlarında ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək, daha sonra isə rəsmi səfər çərçivəsində Bakı və İrəvana yollanacaq.

Qeyd edək ki, 2026-cı il Qış Olimpiya Oyunlarının açılış mərasimi fevralın 6-da keçiriləcək.


Sizin reklam burada
Sizin reklam burada