Vasif Talıbovun oğlu daha bir vəzifəsini itirdi

Vasif Talıbovun oğlu daha bir vəzifəsini itirdi
02 İyn 2025 11:25

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov daha bir vəzifəsini itirib.

News365.az xəbər verir ki, o, bundan sonra Azərbaycan Şahmat Federasiyanının (AŞF) İcraiyyə Komitəsində təmsil olunmayacaq.

Məsələ AŞF-nin hazırda davam edən Növbəti Konfransında İcraiyyə Komitəsinə seçkilər zamanı rəsmiləşəcək.

S.Talıbov daha əvvəl Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası prezidenti vəzifəsindən istefa vermişdi. O, 2021-ci ildən AŞF-nin vitse-prezidenti idi.

S.Talıbov İcraiyyə Komitəsinə keçirilən seçkilərdə namizədlər siyahısında yer almayıb.


Sizin reklam burada
Sizin reklam burada