Valideyn himayəsindən məhrum olmuş 283 nəfərə ev verilib

Valideyn himayəsindən məhrum olmuş 283 nəfərə ev verilib
11:20

Son 5 ildə valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş 283 nəfərə ev verilib.

News365.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov qurumun 5 illiyinə dair keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, son 5 ildə yaşı 65-dən yuxarı olan şəxslərə sosial xidmətlər göstərilib:

"3 580 vətəndaşa evdə səyyar xidmət göstərilib. Onların arasında 100 yaşı olan şəxslər var".

Sədr əlavə edib ki, 2023-25 ci illərdə cəzasının bitməsinə 3 ay qalmış 844 nəfərə sosial adaptasiya tədbirləri görülüb.


Sizin reklam burada
Sizin reklam burada