“Uşaqlara qarşı zorakılıq olduqca yüksəkdir” -Ermənistanın ombudsmanı

“Uşaqlara qarşı zorakılıq olduqca yüksəkdir” -Ermənistanın ombudsmanı
29 May 2025 13:10

Ermənistanda sosial iqtisadi böhran, siyasi xaosla yanaşı cəmiyyətin deqradasiyası prosesi də surətlənib. Yerli media yazır ki, nəinki milli dəyərlər, ailə dəyərləri, uşaqlara münasibət də normal məcraya yönəlməyib. Məsələn, Ermənistanın Ombudsmanı Anait Manasyan hökumətin iclasında həyəcan təbili çalaraq deyib ki, Ermənistanda uşaqlara qarşı zorakılığın səviyyəsi olduqca yüksəkdir.

 “Söhbət bütün zorakılıq növlərindən, o cümlədən cinsi zorakılıqdan gedir”, - deyə hüquq müdafiəçisi Anahit Manasyan hökumətin iclasında bildirib.

O baş Nazir Nikol Paşinyana üzünü tutaraq vurğulayıb ki, uşaqlara qarşı zorakılığın qarşısının alınması, onlara reaksiya verilməsi və araşdırılması sistemi tamamilə transformasiya edilməlidir.


Tural


Sizin reklam burada
Sizin reklam burada