Uşaq meydançasında azyaşlılara bıçaqla hücum etdi - VİDEO

Uşaq meydançasında azyaşlılara bıçaqla hücum etdi - VİDEO
29 May 2025 12:00

Rusiyada növbəti dəfə yeniyetmələrə hücum olub. Belə ki, Yekaterinburqda naməlum kişi uşaq meydançasında bir qrup yeniyetməyə bıçaqla hücum edib. Qrup özünü itirməyərək geri çəkilməyib hətta cinayətkarın başına su şüşəsi də vura biliblər. İnsidenti əks etdirən kadrlar "Bezumnıy EKB - Novosti Yekaterinburqa" Telegram kanalında yayılıb.

"Hadisə Frunze küçəsində yerləşən evlərin birinin həyətində baş verib. Versiyalardan birinə görə, yerli sakin azyaşlıların davranışları ilə bağlı irad bildirib. Yeniyetmə qrup isə irada fikir verməyib. Daha sonra narazı vətəndaş evə gedib və özü ilə bıçaq götürərək yeniyetmələri "tərbiyə etmək" üçün qayıdıb. Gənclərdən biri bibər qazından istifadə etdiyi üçün onun qrupdan kiməsə xəsarət yetirməyə gücü və imkanı çatmayı",- nəşr yazıb.

Qeyd edək ki, son bir ayda Rusiyada 2-3 üç oxşar hadisə yaşanıb.


Tural


Sizin reklam burada
Sizin reklam burada