Sinop Universitetinin yeni rektorluq binası üçün hazırlanan tender sənədi maraqlı detallar ortaya çıxarıb.
Məlum olub ki, rektor və idarəçilər üçün kabinetlərin arxasında istirahət otaqları və hamamlar tikiləcək, rektorun kabinetinin qarşısına isə xüsusi yemək salonu planlaşdırılıb.
News365.az xəbər verir ki, yayımlanan məlumatlara görə, universitet 2 dekabrda yeni rektorluq binasının tikintisi üçün tender keçirəcək.
Proyektə əsasən, Rektor Prof. Dr. Şakir Taşdemir’in kabinetinin arxasında istirahət otağı və hamam yerləşdiriləcək. İstirahət otağında kreslolar və televizor küncü olacaq. Rektorun kabinetinə əlavə olaraq “imza küncü” adlanan əlavə masa da planlaşdırılıb.
Yeni binada rektor müavinləri və universitetin Baş Katibi üçün də oxşar istirahət otaqları və hamamlar nəzərdə tutulub. Həmçinin rektorun kabinetinin qarşısına səkkiz nəfərlik xüsusi yemək salonu tikiləcək.
News365.az