Ukraynanın hərbi-sənaye kompleksi vuruldu

Ukraynanın hərbi-sənaye kompleksi vuruldu
15:18

Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi-sənaye kompleksi müəssisəsinə zərbələr endirib. 

News365.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, əməliyyatda Rusiya Silahlı Qüvvələrinə məxsus döyüş təyyarələri, zərbə pilotsuz uçuş aparatları, raket və artilleriya qüvvələri iştirak edib: "Hərbi-sənaye kompleksindən əlavə, Rusiya qoşunları 143 rayonda Ukrayna bölmələrinin və xarici muzdluların müvəqqəti yerləşdirmə məntəqələrini darmadağın edib".


Sizin reklam burada
Sizin reklam burada