Ukraynalı polkovnikdən şok iddia: Zelenski ordudan yayınıb

Ukraynalı polkovnikdən şok iddia:  Zelenski ordudan yayınıb
24 Apr 2024 09:42

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) keçmiş polkovniki Vasili Prozorov prezident Volodimir Zelenski ilə bağlı qalmaqallı iddia səsləndirib.

O, Ukraynada səfərbərlik qaydalarının sərtləşdirilməsini şərh edərkən deyib ki, ölkə rəhbərinin özü vaxtilə Ukrayna Silahlı Qüvvələrinin sıralarına çağırılsa da, bundan yayınıb. Zelenski hətta  gizlənərək hərbi komissarlığa gəlməyib.

"Bu, Ukrayna cəmiyyətində, xüsusən 2019-cu ildəki seçki kampaniyası zamanı, Zelenski Ukraynanın keçmiş prezidenti Petro Poroşenko ilə rəqabət apararkən Poroşenkonun tərəfdarları bu mövzunu "görün kimi seçirsiniz" deyərək xüsusilə təbliğ edirdilər", - Porozorov qeyd edib.

Polkovnik həmçinin iddia edib ki, əksər ukraynalılar ölkənin keçmiş prezidenti Pyotr Poroşenkonun tarixin ən pis lideri olmadığını düşünürlər.

Qeyd edək ki, SBU-nun keçmiş zabiti bir neçə gün öncə Moskvada öz avtomobilində sui-qəsdə məruz qalandan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Xatırladaq ki, aprelin 11-də Ali Rada səfərbərlik qaydalarını sərtləşdirən qanun qəbul edib. Qanun Zelenski tərəfindən imzalanıb, lakin hələ də qüvvəyə minməyib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər