Ukraynada yalnız əlillərin döyüşdüyü briqada var? -ŞOK İDDİA

Ukraynada yalnız əlillərin döyüşdüyü briqada var? -ŞOK İDDİA
22 Apr 2025 09:36

Əgər Ukrayna komandanlığı təslim olan hərbçilər barədə məlumatlı olsaydı, onların məhv edilməsi barədə göstəriş verərdi. Rusiya mediasının yaydığı məlumata görə, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin (VSU) əsir götürülmüş əsgəri Nikolay Yaskovets deyib.

TASS yazıb ki, həmin şəxs qondarma Donetsk Xalq Respublikasının (DXR) Preobrajenka kəndində döyüşlərdə iştirak edibmiş. O, məhz burada rus əsgərləri tərəfindən əsir götürülüb.

Yaskovets bildirib ki, o, ilk dəfə cəbhəyə Ukrayna qoşunlarının 72-ci mexanikləşdirilmiş briqadasının tərkibində gedib. Ukrayna Silahlı Qüvvələrinin əsgərinin qeyd etdiyi kimi, bu bölməyə adətən müxtəlif xəstəlikləri və əlilliyi olan şəxslər göndərilir.

"Bu fakt heç kimin vecinə deyil, onlar hələ də müharibə zonasına göndərilirlər",- deyə əsir idda edib.

Ukraynalı döyüşçü əlavə edib ki, bir müddət sonra ona evə getməyə, məzuniyyətə icazə verilib. O, könüllü olaraq cəbhəyə qayıtmaq istəməyib və hərbi komissarlığın əməkdaşlarından gizlənməyə başlayıb. Amma sonda Yaskovets mağazaya gedərkən yenidən səfərbər olub.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.



Tural


Sizin reklam burada
Sizin reklam burada