Ukrayna: Münaqişənin həlli Trampın əlindədir

Ukrayna: Münaqişənin həlli Trampın əlindədir
12 İyn 2025 12:15

Vladimir Zelenski diqqət çəkən fikirlər səsləndirib. O, deyib ki, Ukraynadakı münaqişəni yalnız ABŞ prezidenti Donald Tramp dayandıra bilər.

Axel Springer Global Reporters-ə müsahibə verən Zelenski qeyd edib ki, Trampın Ukrayna münaqişəsini sona çatdırmaq üçün “rıçaqları” var.

O, fikrini belə izah edib ki, Rusiyaya qarşı sanksiyalar paketinin gücü və qərarların qəbulunun sürəti Amerika prezidentindən asılıdır: “Hər şey onun əlindədir”.

Məqalədə deyilir ki, Tramp Ağ Evə qayıtdıqdan sonra Rusiyaya təzyiq etməkdə maraqlı olmayıb, Zelenski ilə fikir ayrılığına düşüb və proseslər bu ilin fevralında Oval kabinetdə mübahisə ilə nəticələnib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada