"Referans Pharmaceuticals" MMC-nin "Referans Medical Group" ilə əlaqəsi yoxdur

"Referans Pharmaceuticals" MMC-nin "Referans Medical Group" ilə əlaqəsi yoxdur
14 Yan 2026 23:20

Bəzi media subyektlərində "Referans Pharmaceuticals"ın dövlət qurumları ilə dərman biznesi - araşdırma" başlıqlı yazılar yayılıb.

News365.az xəbər verir ki, aparılan araşdırma zamanı həmin materiallarda adı çəkilən "Referans Pharmaceuticals" MMC ilə "Referans Medical Group" klinikalar şəbəkəsi arasında hər hansı hüquqi, institusional və ya idarəetmə baxımından əlaqənin olmadığı müəyyən edilib.

Məlumata görə, sözügedən qurumlar bir-birindən tam müstəqil hüquqi şəxslərdir və ayrı-ayrı fəaliyyət göstərirlər.

Qeyd olunub ki, iki qurumun təsisçilik strukturu, idarəetmə mexanizmi və maliyyə fəaliyyəti üst-üstə düşmür. Onların dövlət qurumları ilə münasibətləri və biznes əlaqələri də ayrıca formalaşır və bir-biri ilə əlaqələndirilmir.

Araşdırma nəticələri göstərir ki, yayılan iddialar rəsmi və hüquqi məlumatlarla təsdiqlənmir və "Referans Pharmaceuticals" MMC ilə "Referans Medical Group" arasında əlaqə mövcud deyil.


Sizin reklam burada
Sizin reklam burada