Ukrayna Quru Qoşunlarının komandanı istefa verdi

Ukrayna Quru Qoşunlarının komandanı istefa verdi
01 İyn 2025 18:59

Ukrayna Quru Qoşunlarının komandanı, general Mixail Drapatıy istefa verib.


News365.az xəbər verir ki, bu barədə o özünün feysbuk hesabında məlumat verib.


“Bu, 239-cu poliqonda baş vermiş faciəyə, nəticədə əsgərlərimizin həlak olmasına görə mənim şəxsi məsuliyyət hissimdən irəli gələn düşünülmüş addımdır”, - Drapatıy bildirib.


Qeyd edək ki, bu gün Rusiya ordusunun zərbəsi nəticəsində Ukrayna Quru Qoşunlarının tədris mərkəzi vurulmuş, nəticədə 12 nəfər həlak olmuş, 60 nəfər isə yaralanmışdı.


Sizin reklam burada
Sizin reklam burada