Ukrayna əsir siyahısını Moskvaya göndərdi

Ukrayna əsir siyahısını Moskvaya göndərdi
22 May 2025 21:59

Moskva Kiyevdən “1000-ə 1000” formuluna əsasən mübadilə üçün əsirlərin qarşılıqlı siyahısını alıb.


News365.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a deyib.


“Bəli, doğrudan da biz onu indi almışıq”, - deyə Peskov müvafiq suala cavabında bildirib.


Qeyd edilir ki, belə bir mübadilə haqqında razılıq Rusiya və Ukrayna nümayəndə heyətləri tərəfindən İstanbulda aparılan danışıqlar zamanı əldə olunub.


Sizin reklam burada
Sizin reklam burada