Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) acı xəbəri açıqladı.
Nazirliyin verdiyi məlumata görə, İraqın şimalında bir mağarada aparılan axtarışlar zamanı 19 əsgər metan qazından zəhərlənib, onlardan 5-i şəhid olub.
Milli Müdafiə Nazirliyinin açıqlamasında aşağıdakı ifadələr yer alıb:
“Pençe-Kilit əməliyyatı çərçivəsində 2022-ci il mayın 28-də həyata keçirilən mağara axtarış-təmizləmə fəaliyyəti zamanı terrorçuların açdığı atəş nəticəsində Piyada Üstteğmen (leytenant) Nuri Melih Bozkurt şəhid olub, güclü atəş səbəbindən şəhidimizin nəşinə çatmaq mümkün olmayıb. Ərazi nəzarət altına alınıb, terrorçular zərərsizləşdirilib, lakin aparılan bütün axtarışlara baxmayaraq şəhidimizin nəşi hələ də tapılmayıb.”